“Veysəloğlu”dan jurnalistlərə jest (FOTOLAR)

T2

“Veysəloğlu” şirkətlər qrupu jurnalistlər üçün 5-6 sentyabr tarixlərini əhatə edən tur təşkil edib.

XALQ.AZ xəbər verir ki, 5-6 sentyabr tarixində baş tutan turda media nümayəndələri Qəbələ və Oğuz rayonlarına səyahət etdilər. Hər zaman  jurnalistlərə xüsusi diqqət ayıran şirkət nümayəndələri, bu dəfə də media əhlinin yüksək istirahətini təmin ediblər. “Veysəloğlu” tərəfindən Qəbələdə 5 ulduzlu oteldə yerləşdirilən jurnalistlər burada yüksək səviyyədə istirahət ediblər.

Turun ilk günü “Veysəloğlu” Şirkətlər Qrupunda İctimaiyyətlə əlaqələr şöbəsinə müdiri İlham Məmmədov təmsil etdiyi şirkətin fəaliyyəti haqqında jurnalistləri məlumatlandırdı və hər zaman media ilə əməkdaşlıq edəcəklərini açıqladı. Daha sonra jurnalistlər şirkətin 20 illik fəaliyyəti haqqında qısa təqdimatla tanış olublar. Təqdimat zamanı şirkət tərəfindən media nümayəndələrinə hədiyələr də verilib. Eyni zamanda turun ilk günü jurnalistlər şirkət nümayəndələri tərəfindən Tufandağ Qış-Yay Turizim Kompleksinə də aparılıblar.

Turun ikinci günü isə “Veysəloğlu” Şirkətlər Qrupunun nümayəndələri jurnalistləri Oğuz rayonuna apararaq, burada təbiət qoynunda onların istirahətinə şərait yaradıblar.

Qeyd edək ki,  “Veysəloğlu” şirkətlər qrupu Azərbaycanda ən böyük distributor şirkətidir. Dünyanın 100-dən artıq fabrikinin məhsullarının Azərbaycanda dağıtımını təşkil edir.

Cəfər Cəfərov

T11

T15

 

T1

T2

 

T8

 

T17

T10

T7

T16

T9

T6

 

T13

T12

T14

 

T3